Azərbaycan qadın tennisçiləri “Billie Jean King Cup”da yarışa başladı

Bu gün Moldovada təşkil olunan “Billie Jean King Cup” tennis turnirinə start verilib.

Qadın idmançılar arasında keçirilən beynəlxalq  turnirdə Azərbaycan millisi də mübarizəyə qoşulub. Ölkəmizi məşqçi Rauf Eyvazovun rəhbərliyi altında Mişel Cahangirova, Lalə Eyvazova və Lamiyə Hüseyn təmsil edir.

Azərbaycan millisi 3-cü qrupda mübarizə aparır. Rəqiblər Albaniya, İrlandiya və ev sahibi Moldova komandalarıdır.

Müəllif: Bəhruz MƏMMƏDOV