Kanada Qran-prisində qalib məlum oldu - “Mercedes” zirvədə

"Formula 1" üzrə Kanada Qran-prisinin qalibi müəyyənləşib. Yarışın qalibi "Mercedes" komandasının pilotu Corc Rassel olub.
"Red Bull" komandasının ulduz sürücüsü Maks Ferstappen ikinci yerdə qərarlaşıb. Üçüncü pillənin sahibi isə “Mercedes”in digər pilotu, gənc istedad Kimi Antonelli olub.
Bu nəticə ilə “Mercedes” komandası mövsüm ərzində mühüm üstünlük qazanıb.
Qeyd edək ki, növbəti yarış olan Azərbaycan Qran-prisi 19–21 sentyabr tarixlərində Bakıda keçiriləcək.
