Dünya ulduzu Martin Qarriks Formula 1 həftəsonunda Bakıda!

Bu ilin sentyabrı Bakıda möhtəşəm musiqi gecəsi yaşanacaq!

Elektron musiqinin parlayan ulduzu Martin Qarriks sentyabrın 20-si Formula 1 Azərbaycan Qran Prisində çıxış edəcək.

Martin Qarriks Tomorrowland, Ultra Music Festival, Coachella və Creamfields kimi dünyanın nəhəng musiqi festivallarında çıxış edərək milyonlarla dinləyicinin sevgisini qazanmışdır. Onun “Animals”, “Scared to Be Lonely”, “In the Name of Love” və “Don't Look Down” kimi hitləri dünyaca məşhurdur. Martin Qarriks Dua Lipa, Bebe Reksa və Bono kimi sənətçilərlə əməkdaşlıqlar edib. Otuz yaşına çatmamış sənətçi bir neçə il ardıcıl şəkildə dünyanın №1 DJ-iseçilib.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə 4 günlük bilet sahibləri məşhur musiqiçinin konsertində iştirak edə biləcəklər. Biletinizi indidən əldə edin, möhtəşəm F1 həftəsonunu qaçırmayın!

Müəllif: Natiq NƏSİROV