"Formula 1": Maks Ferstappen Böyük Britaniya Qran-prisinin sıralama turunda birinci olub

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, "Formula 1" üzrə 2025-ci il dünya çempionatının 12-ci mərhələsi – Böyük Britaniya Qran-prisinin sıralama turunun qalibi olub.

innews.media xəbər verir ki, yarış “Silverston” avtodromunda baş tutub.

İkinci pillədə "McLaren" komandasının avstraliyalı sürücüsü Oskar Piastri qərarlaşıb. İlk “üçlüy”ü isə onun komanda yoldaşı, britaniyalı Lando Norris tamamlayıb.

Qeyd edək ki, əsas yarış iyulun 6-da keçiriləcək.

Müəllif: Natiq NƏSİROV