Günün Sürücüsü: Hülkenberq möhtəşəm çıxışla karyerasında ilk podiumuna yüksəldi

Bu dəfə nəticə aydın idi – bir pilot karyerasının ən böyük nailiyyətinə imza atdı
Formula 1 azarkeşlərinin bu dəfəki seçimində demək olar ki, yekdillik var idi. Almaniyalı pilot Niko Hülkenberq nəhayət ki, 239-cu yarış cəhdində karyerasının ilk Formula 1 podiumuna yüksəlməyi bacardı.
"Kick Sauber" komandasının tərkibində yarışa start cədvəlində cəmi 19-cu yerdən başlayan Hülkenberq Silverstounun dəyişkən hava şəraitində təcrübəsindən ustalıqla istifadə edərək möhtəşəm performans nümayiş etdirdi. Bu nəticə, həm komanda, həm də sürücü üçün unudulmaz bir uğur olaraq tarixə düşdü.
Azarkeşlər də bu möhtəşəm çıxışı dəyərləndirərək onu yekdilliklə "Günün Sürücüsü" seçdilər. Səsvermənin nəticələri isə bunu bir daha təsdiqləyir...
Nico Hulkenberg - 49%
Lewis Hamilton - 11.5%
Lando Norris - 8.6%
Max Verstappen - 5.9%
Lance Stroll - 5.8%
