“Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı uğurla başa çatdı

28–30 iyun tarixlərində “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı uğurla başa çatdı

Azərbaycan Bilyard Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Pro Pool Station” və “Azpulmat”ın tərəfdaşlığı ilə 28–30 iyun tarixlərində “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçirildi.

Yüksək səviyyədə təşkil olunan yarışda peşəkar oyunçular güclərini sınadılar və qaliblər müəyyən olundu.

Kişilər arasında mükafatçılar:

1. Fəttayev Murad
2. Nuriyev Elnur
3. Əmiraslanov Ruslan
3. Rzayev Orxan

Qadınlar arasında mükafatçılar:

1. Nəsirova Mina
2. Abbasova Zəhra
3. Konkina Valeriya
3. Yolçuzadə Zəminə

Bu turnir bir daha sübut etdi ki, Azərbaycanda bilyard idman növü sürətlə inkişaf edir və istedadlı idmançılarımız beynəlxalq arenalarda da uğurlar qazanmağa qadirdir.

Azərbaycan Bilyard Federasiyası bütün iştirakçılara və təşkilati dəstək göstərən qurumlara təşəkkür edir!

Müəllif: Bəhruz MƏMMƏDOV