Milli komandanın üzvü Ammar Baxşəliyev: “Təlim-məşqlər gələcək inkişafım üçün böyük təkan verdi”

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə beynəlxalq təlim-məşq toplanışı iştirakçılar üçün faydalı təcrübə və inkişaf imkanı yaradıb. Tədbirdə yerli idmançılarla yanaşı, bir neçə ölkədən gimnastlar və məşqçilər də iştirak edir.
Azərbaycan batut gimnastikası üzrə milli komandasının üzvü Ammar Baxşəliyev də bu təlim-məşqlərin onun şəxsi inkişafına ciddi təsir etdiyini bildirib:
“Milli komandanın üzvü kimi bu təlim-məşq toplanışında iştirak etmək mənim üçün çox önəmli oldu. Burada qazandığım təcrübə gələcək məşqlərimdə və çıxışlarımda mənə böyük kömək edəcək.”
Gənc gimnast eyni zamanda ona dəstək olan məşqçilərinə minnətdarlıq bildirib:
“Məşqçilərimə təşəkkür edirəm. Onlar bu prosesdə mənə çox dəstək oldular və bacardığım qədər onlardan yeni texnikalar öyrənməyə öyrənməyə çalışdım.”

