Gimnastlarımız DÇ-də çıxışlarını başa vurdular

ESTAFET/ Kanadanın Monreal şəhərində bu günlərdə (2-8 oktyabr) kişi və qadın idman gimnastikası üzrə 47-ci Dünya Çempionatı keçirilir.

 

68 ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycan təmsilçiləri - Murad Ağarzayev, Bence Talas, Marina Nekrasova və Yuliya İnşına da yer alıb.

 

Gimnastlarımızdan ən yaxşı nəticəni isə Marina göstərib. O, öz sevimli alətində çıxışına görə hakimlərdən 13.904 xal alaraq, 13-cü yerdə qərarlaşıb.