“Real” Mbappeyə görə nəhəng təklif aldı

ESTAFET/ “Real” rəhbərliyi 26 yaşlı fransalı ulduz hücumçusu Kilian Mbappeyə görə nəhəng təklif alıb.
Müvafiq təkliflə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının adı açıqlanmayan təmsilçisi çıxış edib.
Söhbətin 350 milyon avro məbləğdən getdiyi bildirilir.
Vurğulanır ki, “Real”ın prezidenti Florentino Peres hətta müvafiq nəhəng təklif müqabilində belə, Mbappeni satmağı düşünmür. Futbolçunun özü də Səudiyyə Ərəbistanında oynamaq niyyətində deyil.
