Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başladı

Bu gün Bakıda Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına start verilib. Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı iştirak edir. Turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar.
Bu gün iştirakçılar hazırlıq məqsədilə məşq sessiyalarında qüvvələrini sınayıblar. Yarış avqustun 29-da sıralama atışları ilə davam edəcək. Final mərhələsi isə avqustun 30-da baş tutacaq. Həmin gün çempionatın qalibləri müəyyən olunaraq mükafatlandırma mərasimi keçiriləcək.

