DÇ-2018: QRUP İKİNCİLƏRİNİN SƏBƏTLƏRİ
ESTAFET/ Dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə play-off mərhələsinin səbətlərinin tərkibinə aydınlıq gəlib.
Öz qrupunda 2-ci yeri tutan 8 komanda 16 oktyabrda dərc olunacaq FIFA reytinqindəki mövqeyinə əsasən səbətlərə bölünəcək. İndidən bu yığmaların gözlənilən reytinq xalını müəyyənləşdirməklə səpələnmişlərin kimliyi ilə bağlı ehtimallar irəli sürmək mümkündü.
Bu durumda ən yüksək əmsallı komanda İsveçrədi. İtaliya, Xorvatiya və Danimarka da daha yüksək reytinqlilərin səbətində yer alıb.
Bu "dördlük" nisbətən zəiflərlə qarşılaşacaq. Burada İrlandiya, Şimali İrlandiya, İsveç və Yunanıstan yığmaları yer alıb.
Səpələnmişlər
İsveçrə - 1135
İtaliya - 1066
Xorvatiya - 1013
Danimarka – 1001
Səpələnməmişlər
Şimali İrlandiya - 889
İsveç - 872
İrlandiya - 866
Yunanıstan – 682
Avropa zonasında pley-offun püşkatması oktyabrın 17-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, pley-offun ilk görüşləri noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.
Mənbə: APASport