Qonaqpərvər Azərbaycana gəlməyi səbirsizliklə gözləyirdik: Sergey Brusin

ESTAFET/ Bu gün Rusiya stolüstü tennis yığması MDB ölkələrinin III Oyunlarında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycana gəlib.
Heyəti Gəncə Beynəlxalq Hava Limanında III MDB Oyunlarının Təşkilat Komitəsinin üzvləri və KİV nümayəndələri qarşılayıblar.
Jurnalistlərə açıqlamasında Rusiya qadın stolüstü tennis komandasının məşqçisi Sergey Brusin qarşıdakı turnirdən gözləntilərini bölüşüb:
“Qonaqpərvər Azərbaycana gəlməyi səbirsizliklə gözləyirdik.
Moskva vilayətində yerləşən Bronnitsı şəhərində turnirə hazırlıq keçmişik. Uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.
Qeyd edək ki, stolüstü tennis yarışları Qəbələ şəhərindəki Olimpiya İdman Kompleksində keçiriləcək.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda baş tutacaq.
