RUSİYA İLƏ BAĞLI NÖVBƏTİ QƏRAR

ESTAFET/ Müxtəlif idman növləri üzrə beynəlxalq federasiyalar hələ də Rusiya idmançıları ilə bağlı araşdırmaları davam etdirirlər. Bu gün qılıncoynatma, idman və bədii gimnastika, taekvondo, həndbol, triatlon, voleybol və stolüstü tennis federasiyaları Olimpiya oyunlarında iştirak edə biləcək Rusiya təmsilçilərini təsdiqləyiblər. 

 

Bununla da, hazırkı anadək Olimpiya Oyunlarında 30 idman növündə 273 rusiyalının iştirakı tam təsdiqlənib. Həmçinin, 109 idmançının Oyunlarda iştirakına rəsmi qadağa qoyulub. 31 iyul tarixinədək  digər idman federasiyaları da, yekun siyahını təsdiq etməlidirlər. 

 

Xatırladaq ki, iyulun 24-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiyanın bütünlüklə Oyunlardan kənarlaşdırılmaması haqda qərar qəbul edib. Beləliklə də idmançıların Oyunlarda iştirak edib-etməməsini müstəqil şəkildə müəyyən etmək hüququ beynəlxalq idman federasiyalarına verilmişdi.