Rövşən Nəcəf “Qarabağ”ı təbrik edib

ESTAFET/ AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Danimarkanın “Kopenhagen” klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Danimarkanın “Kopenhagen” komandası üzərində inamlı qələbə qazanan “Qarabağ” Futbol Klubu növbəti tarixi uğura imza atdı. Komandamızı ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”.
