Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Gəncədə Avropa çempionatı keçiriləcək -
Gəncədə Avropa çempionatı keçiriləcək

ESTAFET/ Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Qitə yarışında 17 ölkədən gimnastlar qalib adı uğrunda mübarizə aparacaqlar.

Noyabrın 9-dan 11-dək yeniyetmələr və 15 yaşadək idmançılar, 14-dən 16-dək isə böyüklər qüvvələrini sınayacaqlar.

Avropa çempionatı Gəncə İdman Sarayında baş tutacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV