"Bakı" ikinci görüşdən də məğlub ayrıldı

ESTAFET/ "Bakı"nın kişi həndbolçulardan ibarət komandası Avropa Kubokunun 2-ci təsnifat mərhələsindəki çıxışını başa vurub.
Bu gün keçirilən cavab qarşılaşmasında təmsilçimiz "Oxrid"ə (Şimali Makedoniya) 21:38 hesabı ilə məğlub olub.
Öncədən əldə edilmiş razılaşmaya görə, komandamız hər iki oyunu səfərdə keçirib.
Xatırladaq ki, ilk qarşılaşmada nominal ev sahibi qismində meydana çıxan təmsilçimiz daha ağır məlubiyyətlə barışmalı olmuşdu - 11:44
