“Neftçi”dən uğursuz start

ESTAFET/ "Neftçi" basketbol komandası Avropa Kubokunun əsas mərhələsində mübarizəyə start verib.

Təmsilçimiz ilk oyununda səfərdə Polşada "Trefl" komandası ilə qarşılaşıb.

Görüş rəqibin 92:63 hesablı qələbəsi ilə başa çatıb.

I qrupunun digər matçında Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" oktyabrın 16-da Estoniyanın "Kalev" komandasını qəbul edəcək.

Müəllif: Məsim MƏSİMZADƏ