“Naxçıvan” “Lənkəran”a qalib gəldi

ESTAFET/ Azərbaycan Basketbol Liqasının 3-cü turunda "Naxçıvan" səfərdə "Lənkəran"ı məğlub edib.

B qrupunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin 91:82 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun bu gün keçiriləcək digər oyununda "Ordu" "Sərhədçi" ilə üz-üzə gələcək.

3-cü tura oktyabrın 19-da yekun vurulacaq.

Müəllif: Məsim MƏSİMZADƏ