AHF rəsmisi Avropa Kuboku oyununa təyinat alıb

ESTAFET/ Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.

Bu barədə AHF-nin mətbuat xidmətindən məlumat verilib.

İ.Əsgərov Avropa Kubokunun 2-ci təsnifat mərhələsində kişi həndbolçulardan ibarət Yunanıstanın PAOK və İsrailin "Holon Yuvalim" klubları arasında keçiriləcək hər iki qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Oyunlar oktyabrın 18-i və 19-da Yunanıstanın Veriya şəhərindəki "Filippio" İdman Kompleksində keçiriləcək.

Müəllif: Natiq NƏSİROV