MY “Real”ın hücumçusu ilə maraqlanır

ESTAFET/ “Mançester Yunayted” “Real”ın 19 yaşlı braziliyalı mərkəz hücumçusu Endriklə maraqlanır.

Futbolçunun növbəti ilin yanvar ayında böyük ehtimalla icarəyə veriləcəyi haqda məlumat var.

Vurğulanır ki, “qırmızı şeytanlar” müvfiq imkandan yararlanmaq niyyətindədirlər.

Müəllif: Orxan NOVRUZOV