“Real” qışda futbolçusunu buraxmağa hazırdır

ESTAFET/ “Real”ın 19 yaşlı braziliyalı mərkəz hücumçusu Endrik növbəti ilin qış transfer pəncərəsində “qaymaqlılar”ın düşərgəsini tərk etmək imkanı qazana bilər.

Meydanda aldığı oyun vaxtının azılığından şikayətçi olan Endrikin icarəyə göndərilməsi məsələsi gündəmdədir.

Vurğulanır ki, Endrik Braziliya millisinin heyətində 2026-cı ilin dünya çempionatında iştirak etmək istəyir, odur ki, Madriddə “pas atmaq” niyyətində deyil.

Müəllif: Orxan NOVRUZOV