“Tottenhem” Agehovaya göz dikib

ESTAFET/ “Tottenhem” “Portu”nun 21 yaşlı ispaniyalı mərkəz hücumçusu Samuel Agehovanın xidmətində maraqlıdır.

“Mahmızlar”ı məhz “vuran ayaq” qəbilindən hücumçu maraqlandırır, Agehova isə müvafiq tələblərə cavab verir.

Vurğulanır ki, “Portu” sərbəstqalma haqqı 100 milyon avro məbləğində olan hücumçunu, klubun cari maliyyə vəziyyəti ilə əlaqədar olaraq, daha ucuz məbləğ müqabilidə sata bilər.

Müəllif: Orxan NOVRUZOV