COKOVİÇ QARŞISIALINMAZDIR

ESTAFET/ Dünyanın 1 nömrəli raketka ustası serb Novak Cokoviç Kanadanın Toronto şəhərində keçirilən ənənəvi "Masters-1000" turnirini qələbə ilə başa vurub. Bu qələbə onun üçün yubiley xarakterli olub - belə ki, bu titul karyerası ərzində Novakın "Masters" seriyalarında qazandığı 30-cu tituldur. 

 

Cokoviç, 1 saat 22 dəqiqə davam edən final görüşündə yapon Key Nisikori üzərində 2:0 (6:3, 7:5) hesablı qələbə qazanıb. Cokoviç 5 eys və 3 breik-point reallaşdırdığı halda, Key ona 4 eys və 1 breik-pointla cavab verə bilib. 

 

Bu qələbə Cokoviçin Kanadada 4-cü qələbəsidir.