İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə ikinci bürünc medalımız!

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülük komandası növbəti uğura imza atıb.

"innews media" xəbər verir ki, qadınlar arasında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında milli komandamız bürünc medal qazanıb.

Bu nəticə Azərbaycan üzgüçülük tarixində komanda səviyyəsində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirilir.

Müəllif: Bəhruz MƏMMƏDOV