Azərbaycanın qadın stolüstü tennis komandası İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı

Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üçuncü yeri tutublar.
Komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün yarımfinalda Misir seçməsi ilə qarşılaşıb. Görüş 8-5 hesabı ilə Afrika təmsilçisinin xeyrinə nəticələnib.
Beləliklə stolüstü tennisçilərimiz komanda yarışlarını bürünc mukafatla başa vurublar.

