“İlhamlı Qələbələr” adlı Zəfər Kuboku keçirilib

“İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində 12 Noyabr – Azərbaycan respublikasının Konstitusiya gününə və Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr” adlı Zəfər Kuboku üzrə stolüstü tennis turniri keçirilib.
Turnir 88 nömrəli tam orta məktəb, Təhsil RİM 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və BrendSport.az saytının birgə təşkilatçılığı, tədbirin Baş sponsoru “Soel Parfum” brendi və Gold sponsor “Viplife” – Azərbaycanın kosmetik brendinin dəstəyi ilə baş tutub.
BrendSport.az xəbər verir ki, turnirin açılışını 88 nömrəli məktəbin direktoru Mirnağı Nəzərli edib. O, şagirdləri Konstitusiya günü və Zəfər bayramı münasibətilə təbrik edərək bütün iştirakçılara uğurlar arzulayıb.
Daha sonra söz Təhsil RİM 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi və BrendSport.az saytının baş redaktoru Bəhruz Səmədova verilib. O, Şanlı Zəfərdən danışaraq bütün şəhidlər rəhmət diləyib və qazilərə can sağlığı arzu edib. Turnir iştirakçılarına müvəffəqiyyətlər diləyib.
Azerbaycan respublikasının dövlət himni səsləndikdən sonra bütün şəhidlər 1 dəqiqəlik sükutla yad edilib.
Sinif komandaları arasında keçirilən turnirdə ibtidai və yuxarı sinif şagirdləri gərgin və maraqlı oyunlar nümayiş etdiriblər. Yarışın əsas məqsədi — Konstitusiya Gününü və Zəfərimizin ildönümünü təntənəli şəkildə qeyd etməklə yanaşı, məktəblilər arasında idmana marağı artırmaq və sağlam həyat tərzini təbliğ etmək olub.
Turnirdə hər biri 2 oğlan, 1 qız və ya 1 oğlan, 2 qız şagirddən ibarət olmaqla ümumilikdə 23 sinif komandası iştirak edib.
Qaliblər:
1-ci yer – 7 “B” sinfi
Feyzullayeva Nuray
Kəlbiyev Hüseyn
Əlizadə Məhəmmədhüseyn
2-ci yer – 7 “A” sinfi
Əliyev Hüseyn
Heybətova Məryəm
Şirəlizadə Məlahət
3-cü yer – 8 “B” və 7 “D” sinifləri
8 “B” sinfi:
Əlizadə Sadiq
Rəhimova Zəhra
Əliyevə Nuranə
7 “D” sinfi:
Sadiq Şəfi
Əliyev Əbülfəz
Orucova Minə
Turnirdə kiçik yaş qrupunun ən əzimkar oyunçuları Əlizadə Məhəmmədbaqir və Bağırov Məhəmməd seçiliblər.
Qalib komandaya “İlhamlı Qələbələr” adlı Zəfər Kuboku təqdim olunub.
Bu turnir həm Azərbaycan respublikasının Konstitusiya gününün və Zəfər bayramının təntənəli şəkildə qeyd olunmasına, həm də 88 nömrəli məktəbdə stolüstü tennis idman növünün inkişafına mühüm töhfə verib.
Xatırladaq ki, tədbirin Baş sponsoru Azərbaycanın parfum brendi “Soel”, Gold sponsoru isə Azərbaycanın kosmetik brendi “Viplife” olub.
Sonda qeyd edək ki, “İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar ardıcıl şəkildə davam edəcək. Festivalın növbəti günlərində stolüstü tennis üzrə qarşılaşmaların keçirilməsi planlaşdırılır. Yarışlarda qazilər, jurnalistlər, Olimpiya və dünya çempionları, eləcə də tanınmış incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Bununla yanaşı, festival proqramına uyğun olaraq, adıçəkilən peşə sahibləri arasında mini-futbol və güllə atıcılığı yarışlarının təşkili də planlaşdırılır. Yarışların məqsədi iştirakçılar arasında sağlam həyat tərzinin təbliği, həmrəyliyin gücləndirilməsi və idmanın müxtəlif sahələrinin populyarlaşdırılmasıdır. Ən əsası da Qazilərin idmana adaptasiyasidir.

