“Liverpul” “Tottenhem”in müdafiəçisi ilə maraqlanır

ESTAFET/ “Liverpul” “Tottenhem”in 24 yaşlı niderlandlı mərkəz müdafiəçisi Mikki van de Venin xidmətində maraqlıdır.

“Qırmızlar” təkliflə bağlı tələskənlik nümayiş etdirmək niyyətində deyillər.

Belə ki, “Liverpul” digər seçimlərini də təhlil etmək fikrinədir. Van de Venin keçidinin cari ilin yay transfer pəncərəsinə nəzərdə tutulduğu bildirilir.

Müəllif: Əlyar ŞƏRİFOV