“Sassuolo”nun müdafiəçisi İngiltərə nəhənginə qoşula bilər

ESTAFET/ “Sassuolo”nun 22 yaşlı bosniyalı mərkəz müdafiəçisi Tarik Muharemoviç “Mançester Yunayted”ə keçə bilər.

Hazırda “Sassuolo” futbolçusunu satmaq istəmir və cari mövsümün sonuna qədər səbr etmək niyyətindədir.

Vurğulanır ki, Muharemoviç həmiçinin “İnter”in maraq dairəsindədir.

Müəllif: Orxan NOVRUZOV