"Sabah" klubu "A" qrupunda vahid liderliyə yüksəlib

29 yanvar - 1 fevral tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun görüşləri keçirilib. Bu oyunlarla bərabər, çempionatda 3-cü dövrəyə yekun vurulub. "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupu

"Gəncə" - "Şəki" (95:80)
"Abşeron Lions" - "Sabah" (96:117)
NTD - "Neftçi" (82:98)

B qrupu

"Lənkəran" - "Ordu" (63:103)
"Sumqayıt" - "Sərhədçi" (94:98) 
"Naxçıvan" - "Quba" (82:70)

Qeyd edək ki, 15 turdan sonra "A" qrupunun vahid lideri "Sabah", "B" qrupunun vahid lideri isə "Ordu" klubudur. Azərbaycan Basketbol Liqasında (ABL) 16-cı turun oyunlarına 4 fevralda start veriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV