Qadın və kişi voleybolçuların Yüksək Liqalarında növbəti həftənin oyun proqramı

Qadın və kişi voleybolçuların Yüksək Liqası davam edir.

Kişilərin yarışında XVIII turun oyunları martın 17-də və 18-də keçiriləcək. Qadınların Yüksək Liqasında isə son turun (XVIII tur) qarşılaşmaları 17-18-19 mart tarixlərində baş tutacaq.

Kişilərin Yüksək Liqasında 20 turun yekununda ilk 4 yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər. Qadınların yarışında isə 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, pley-off mərhələsində 1/4 və 1/2 finallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.

17 mart

Yüksək Liqa (kişilər)

XVIII tur 

16:00. “Neftçi” – “Gənclər”

18:00. “ORDU” – “Murov Az Terminal”

Ünvan: FHN-nin idman zalı

17 mart

Yüksək Liqa (qadınlar)

XVIII tur 

17:00. “Turan” – “Murov Az Terminal”

Ünvan: Tovuz OİK

18 mart

Yüksək Liqa (kişilər)

XVIII tur 

17:00. “AZERRAIL” – “Xilasedici”

Ünvan: FHN-nin idman zalı

18 mart

Yüksək Liqa (qadınlar)

XVIII tur  (son tur)

16:00. “Gənclər” – “AZERRAIL”

18:00. “DH Volley” – “Milli Aviasiya Akademiyası”

Ünvan: AVF-nin idman zalı

19 mart

Yüksək Liqa (qadınlar)

XVIII tur (son tur)

14:00. “Gəncə” – “Abşeron”

Ünvan: Gəncə İdman Sarayı

Müəllif: Bəhruz MƏMMƏDOV