Təmsilçimiz Qış Olimpiya Oyunlarında 13-cü oldu

ESTAFET/ İtaliyanın Milan və Kortina-d Ampezzo şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürən Vladimir Litvintsev çıxış edib.
Təmsilçimiz qısa proqramda mübarizə aparıb.
Litvintsev 63,63 xalla 13-cü yeri tutub.
Yarışda ümumilikdə 29 idmançı iştirak edir.
Bu, Litvintsevin ikinci Qış Olimpiya Oyunlarıdır. O, 2022-ci ildə keçirilən yarışda 18-ci yerlə kifayətlənmişdi.

