8 Marta həsr olunan idman tədbiri - fiqurlu konkisürmə şousu

Martın 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında fiqurlu konkisürmə üzrə şou keçirilib. “Ocaq” və “TAMIS” İdman Klublarının idmançıları öz xüsusi proqramları ilə çıxış ediblər. Onlar musiqi müşayiəti altında estetik və dinamik kompozisiyalar nümayiş etdirərək fiqurlu konkisürmənin incəliyini və gözəlliyini təqdim ediblər.

“İdman həftəsi” və Bakı 2026 - “Dünyanın İdman Paytaxtı” çərçivəsində, Gənclər və İdman Nazirliyi, “Ocaq” və “TAMIS” İdman Klublarının təşkilatçılığı ilə keçirilən tədbir 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV