Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında Azərbaycan birinciliyi keçirilib. Yarış fevralın 27-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin akademik, kayak və kanoe növlərində ilk dəfə olaraq handikap sistemi üzrə təşkil olunub. Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 avarçəkən mübarizə aparıb. Reqlamentə əsasən iştirakçılar bir nəfərlik qayıqda akademik avarçəkmədə 3500 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət ediblər.

Qaliblər idmançıların fərdi vaxt göstəricilərinə əsasən müəyyənləşib. Mükafatçılar diplom və medallarla təltif ediliblər. Azərbaycan birinciliyində fərqlənən avarçəkənlər 28 aprel - 1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq “Prezident Kuboku-2026” beynəlxalq reqatasında iştirak edəcək komandanın heyətində yer alacaq.

Azərbaycan birinciliyinin texniki nəticələri aşağıdakı kimidir:

Akademik Avarçəkmə / Junior / 3500 m (2008-2009)

1. AZƏR İLYASOV

2. SABİT ABDULLAYEV

3. İSMAYIL ŞİRİNOV

Akademik Avarçəkmə / U15 oğlanlar / 3500 m (2010,2011,2012,2013)

1. MƏHƏMMƏD HƏSƏNOV

2. YUSİF ƏLİYEV

3. CAVİD HƏBİBLİ

Kayak / Junior / 2000 m (2008-2009)

1. ƏLİMURAD HACIZADƏ

2. NİYAZ MƏLİKOV

3. TENGİZ QAQNİDZE

Kayak / U15 / 2000 m (2010-2011)

1. MUSTAFA VƏLİZADƏ

2. ELMİR TARVERDİYEV

3. SƏNAN CƏFƏRZADƏ

Kayak / U14 / 2000 m (2012-2013)

1. YUNUS ƏHMƏDOV

2. MEHDİ MEHDİZADƏ

3. SƏBUHİ CƏFƏRZADƏ

KANOE / Junior/ 2000 m (2008-2009)

1. HÜSEYN SƏMƏDLİ

2. CAVİD VƏLİZADƏ

3. ÜMİD ƏHMƏDOV

KANOE / U15/ 2000 m (2010-2013)

1. FƏXRİ SADIXOV

2. RUSTAM ƏSGƏROV

3. VAQİF MUSTAFAZADƏ

KAYAK / Qızlar/ 2000 m (2010-2011)

1. DARİNA XAYRETDİNOVA

2. LEYLA ƏLİYEVA

3. DİANA SAYAROVA

Müəllif: Bəhruz MƏMMƏDOV