“Barselona” “Mançester Siti”nin futbolçusu ilə maraqlanır

ESTAFET/ “Barselona” “Mançester Siti”nin ingiltərəli hücumameylli yarımmüdafiəçisi Filip Fodenlə maraqlanır.
“Şəhərlilər”lə Foden arasında yeni müqaviləyə dair ötən ilin noyabr ayından gedən danışıqlar müəyyən nəticə verməyib, Kataloniya klubu müvafiq məqamdan yararlanmaq istəyir.
Xatırladaq ki, Fodenin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

