SONUNCU GÜN DAHA 2 QIZIL

ESTAFET/ Sloveniyanın Koper şəhərində cüdo üzrə yeniyetmələrin Avropa kuboku yarışına yekun vurulub. Yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, yeniyetmə cüdoçularımız daha 3 medal qazanıblar.

 

Avropa kubokunda ölkəmizi təmsil edən Azər Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

 

Digər təmsilçimiz İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala sahib olub.

 

Bununla da, Azərbaycan milli komandası Avropa kuboku yarışında 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi hesabda bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

 

Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlani, 77 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 oğlan cüdoçu ilə təmsil olunurdu.