Azərbaycan İdman Akademiyası “Qonaq alimlər” proqramına qəbul elan etdi

Azərbaycan İdman Akademiyası (ASA) 2026-cı ilin yaz və yay ayları üçün “Qonaq alimlər” proqramına müraciətlərin qəbulunu elan edib.

Proqram ASA-nın dinamik akademik mühitində intellektual mübadilənin, fənlərarası əməkdaşlığın və elmi tədqiqat fəaliyyətinin inkişafının təşviqinə yönəlib.

Müxtəlif akademik mühitləri və beynəlxalq təcrübəni təmsil edən alimlər ASA-ya müraciət etməyə dəvət olunur.

Akademiya bildirir ki, qoşulan qonaq alimlər inkişaf etməkdə olan beynəlxalq akademik əməkdaşlıq mühitinin bir hissəsinə çevriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV