RİONUN QAPILARI RUS CÜDOÇU VƏ BOKSÇULARI ÜÇÜN AÇILDI

ESTAFET/ Böyük dopinq qalmaqalı ilə üzləşən və 100-dən artıq idmançısı Olimpiya Oyunlarından uzaqlaşdırılan ruslar üçün son günlər xoş xəbərlər gəlir. Belə ki, daha iki idman növü üzrə Rusiya yığması Oyunlara buraxılıb. Bunlar boks və cüdo yığmalarıdı. Rioya lisenziya qazanmış hər bir rus boksçusu və cüdoçusu müvafiq beynəlxalq federasiyanın qərarı ilə tam heyətlə mübarizəyə qoşulacaq. 

Qeyd edək ki, ruslar həm boks, həm də cüdoda eyni sayda - 11 lisenziya qazanıblar. Boksda 9 kişi və 2 qadın, cüdoda isə 7 kişi və 4 qadınla Rioya yollanacaqlar. Xatırladaq ki, hər iki idman növündə ruslar Olimpiadanın aşkar favoritlərindəndirlər.