RİO-2016: TƏMSİLÇİLƏRİMİZİN BUGÜNKÜ PROQRAMI
ESTAFET/ Oyunların ilk günü oxatanımız Olqa Senyukun ardinca ikinci gündə yığmamız daha 8 nəfərlə (6 növdə) mübarizəyə qoşulur. Onlardan 3-ü (Orxan Səfərov, Ruslan Lunyov və Maksim Averin) öz medallarını qazanmağa çalışacaqlar. Digərləri isə ilkin mübarizəyə qoşulacaqlar.
Akademik avarçəkmə - İlk təsnifat
M2 - 2000 m
18:30 Aleksandr Aleksandrov – Boris Yotov
Boks (49 kq) - 1/16 final
00:15 Rüfət Hüseynov – Matias Hamunyela (Namibiya)
Cüdo (60 kq) - 1/16 final
19:40 Orxan Səfərov – Juan Postigos (Peru)
Güllə atıcılığı
10 m, pnevmatik tapança
20:00 Ruslan Lunyov
İdman gimnastikası - Təsnifat mərhələsi
17:30 Oleq Stepko, Pavlo Paxnyuk
Velosiped idmanı (şosse)
16:30 Maksim Averin