TÜRKAN VƏ TETYANA DÜNYA ÜÇÜNCÜSÜ OLDULAR: U23 DÇ-2017
ESTAFET/ Xəbər verdiyimiz kimi, Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 Dünya çempionatı davam edir.
Bu kateqoriyada ilk dəfə keçirilən çempionatın dördüncü günü qadın güləşçilər son 4 çəkidə qalibləri müəyyənləşdiriblər. Qadın güləşi yığmamız hər 4 çəkidə mübarizəyə qoşulmuşdu. Güləşçilərimizdən ikisi mundialın bürünc medalı üçün döşək üzərinə çıxıb və hər ikisi qalib gələrək komandamıza son gündə iki bürünc qazandırıblar.
Güləşçilərimizin görüşləri aşağıdakı nəticələrlə yekunlaşıb.
48 kq: Türkan Nəsirova - Bürünc medal
1/8 final: Türkan Nəsirova - İrina Borisova (KAZ) 6:0
1/4 final: Türkan Nəsirova - Anjelika Vetoşkina (RUS) 12:11
Yarımfinal: Türkan Nəsirova - Evin Demirhan (TUR) 3:7
Bürünc medal üçün: Türkan Nəsirova - Rina Okuno (JPN) 4*:4
53 kq: Leyla Qurbanova
1/8 final: Leyla Qurbanova - Yekaterina Poleşuk (RUS) 2:4
60 kq: Tetyana Omelçenko - Bürünc medal
1/8 final: Tetyana Omelçenko - Yui Sakano (JPN) 5:8
Təsəlliverici: Tetyana Omelçenko - Sarita Sarita (IND) 7:1
Bürünc medal üçün: Tetyana Omelçenko - Kayla Mirakl (USA) 13:11
69 kq: Elis Manolova
1/8 final: Elis Manolova - Purevsuren Qanbaatar (MGL) 3:2
1/4 final: Elis Manolova - Xanım Vəliyeva (RUS) 2:4