ƏBU-DABİ QRAN PRİSİ 2017: FORMULA 1

ESTAFET/  Formula 1 üzrə 2017-ci il Dünya çempionatı başa çatdı. Belə ki, mövsümün sonuncu mərhələsi olan Əbu-Dabi Qran prisi bu gün fin pilot Valtteri Bottasın qələbəsi ilə tarixin yaddaşına köçüb.     

 

FORMULA-1: ABU DHABI GRAND PRIX 2017

Tarix

Trass

Dövrə uzunluğu

Dövrə sayı

Məsafə

24-26.11.2017

Yas Marina

5 554 m

55

305.355 km

AYDIN, QURU. HAVA +24 C, TRASS +31...27 C

 

Əbu-Dabi Qran Prisi "Mercedes"in aşkar üstünlüyü ilə başa çatdı. Belə ki, komandanın hər iki piloti aşkar üstünlüklə podiumun ilk iki sırasında qərarlaşmağı bacardılar. Komandanın, ümumiyyətlə isə Formula 1-in bu ilki tapıntısı fin pilot Valtteri Bottas 1:34:14.062 vaxt göstəricisi ilə son mərhələnin qalibi olub. Onun komanda yoldaşı, iki mərhələ öncədən bu mövsümün çempionu adını rəsmiləşdirən Lyuis Hemilton +3.899 geriliklə finişi ikinci keçib. "Ferrari"nin alman pilotu Sebastyen Fettel isə üçüncü olub (+19.330).        
 
 
Mərhələnin ən yaxşı dövrəsini "Mercedes"in fin pilotu Valtteri Bottas edib: 1:40.650 (52-ci dövrədə 198.652 km.s)
 
Yürüşün nəticələri: 
Pilot Komanda Vaxt Sürət  Pit 
1  Bottas  Mercedes  1.34:14.062  194.422  1 
2  Hemilton  Mercedes  +3.899  194.288  1 
3  Fettel  Ferrari  +19.330  193.760  1 
4  Raykkonen  Ferrari  +45.386

 192.874

 1 
5  Ferstappen  Red Bull  +46.269  192.844  1 
6  Hyulkenberq  Renault  +85.713  191.519  1 
7  Peres  Force India  +92.062  191.307  1 
8  Okon  Force India  +98.911  191.079  1 
9  Alonso  McLaren  +1 dövrə  190.492  1 
10  Massa  Williams  +1 dövrə  190.378  1 
11  Qrojan  Haas  +1 dövrə  190.111  1 
12  Vandorn   McLaren  +1 dövrə  188.432  1 
13  Maqnussen  Haas  +1 dövrə  188.409  1 
14  Verlyayn  Sauber  +1 dövrə  188.360  1 
15  Hartli  Toro Rosso  +1 dövrə  188.290 1
16  Qasli  Toro Rosso  +1 dövrə  188.226 1
17  Erikson  Sauber  +1 dövrə  188.142 1
18  Stroll  Williams  +1 dövrə  187.874 3