“Formula 1”in yeni mövsümündə debüt edəcək komanda: “Cadillac F-1”

2026-cı ildə keçiriləcək “Formula 1” üzrə dünya çempionatında debüt edəcək komandanın adı rəsmən açıqlanıb.

Formula 1-in rəsmi saytına istinadən verilən məlumata görə, “Cadillac F-1” yarışlarda 11-ci komanda kimi iştirak edəcək. Bu məqsədlə ABŞ-ın “General Motors” şirkəti ilə prinsipial razılıq əldə olunub.

Yeni komandanın “Ferrari”nin mühərriklərindən istifadə edəcəyi gözlənilir. Bu qərar “Cadillac F-1” üçün güclü texnoloji dəstək təmin edəcək.

2026-cı il mövsümü, yeni komandaların iştirakını nəzərdə tutan dəyişikliklərlə, “Formula 1” üçün maraqlı yeniliklər vəd edir.

Müəllif: Natiq NƏSİROV