2026-cı ildən etibarən "Formula 1" komandalarının sayı artacaq
"Formula 1" üzrə dünya çempionatında iştirak edən komandaların sayı 2026-cı ildən etibarən artacaq.
Bu barədə "Racingnews365" nəşri xəbər yayıb. Rəsmi açıqlamanın Qətər Qran-prisindən (29 noyabr - 1 dekabr) sonra verilməsi gözlənilir.
Qeyd edək ki, daha əvvəl "Andretti" komandası "Formula 1"də iştirak üçün ərizə təqdim edib. Hazırda çempionatda 10 komanda mübarizə aparır.