İLK GÜNÜN QALİBİ SƏBİNƏ OLDU
ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gündən Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku yarışlarına start verilib.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Onlar arasında Sinkleyr cədvəli üzrə mütləq qaliblər müəyyən edilib.
Qızıl medala toplam 169 kq (75+94) nəticə və 248.83 xalla Səbinə Əzimova layiq görülüb. İkinci pillədə 180 kq (80+100) nəticə və 237.75 xalla İbrahimova Firuzə, üçüncü pillədə isə 156 kq (70+86) nəticə və 224.84 xalla Əlizadə Gülçin qərarlaşıb.