NÖVBƏTİ MÖVSÜMÜN TƏQVİMİ TƏSDİQ OLUNDU: FORMULA 1

ESTAFET/ Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Ümumdünya Şurası Formula 1 üzrə Dünya çempionatının yeni - 2018-ci il üçün mövsümünün təqvimini rəsmən təsdiq edib.

 

Vurğulayaq ki, növbəti mövsümdə mərhələ sayı bu mövsümdən 1 mərhələ çox olacaq. Komanda və pilotlar 21 mərhələdə çempion qadı uğrunda yarışacaqlar. Mart ayının 25-dən başlayacaq mübarizə noyabrın 25-də başa çatacaq. 

 

3-cü dəfə keçiriləcək Azərbaycan Qran Prisi bu dəfə siyahıda 4-cü mərhələ olacaq. 

 

25/03/18 - Avstraliya (Melburn, Albert Park)
08/04/18 - Bəhreyn (Saxir)
15/04/18 - Çin (Şanxay)
29/04/18 - Azərbaycan (Bakı Şəhər Halqası)
13/05/18 - İspaniya (Barselona, Katalunya)
27/05/18 - Monako (Monte Karlo)
10/06/18 - Kanada (Monreal, Jül Vilnöv adına tras)
24/06/18 - Fransa (Le Kastelle, Pol Rikar)
01/07/18 - Avstriya (Şpilberq, Red Bull Rinq)
08/07/18 - Böyük Britaniya (Silverstoun)
22/07/18 - Almaniya (Hokkenhaym)
29/07/18 - Macarıstan (Budapeşt, Hunqarorinq)
26/08/18 - Belçika (Spa)
02/09/18 - İtaliya (Montsa)
16/09/18 - Sinqapur (Marina Bey)
30/09/18 - Rusiya (Soçi)
07/10/18 - Yaponiya (Suzuka)
21/10/18 - ABŞ (Ostin)*
28/10/18 - Meksika (Mexiko, Rodriges qardaşları adına tras)
11/11/18 - Braziliya (San Paulu, İnterlaqos)
25/11/18 - BƏƏ (Əbu Dabi, Yas Marina)

 

* Mərhələ təşkilatçı tərəfindən əlavə olaraq təsdiqlənəcək

 

- Malayziya 18 ildən sonra istirahət edəcək

- Fransa və Almaniya uzun ayrılıqdan sonra təqvimə qayıdıb.