Sərbəstlər də mübarizəni yekunlaşdırdı

ESTAFET/ Bakı İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb.

 

Son iki yarış günündə 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-a qədər çəki dərəcələrində 212 sərbəst güləşçi mübarizə aparıb. 

 

Sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Murtuz Müslümov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adını qazanıb.

 

 Güləş üzrə Azərbaycan çempionatı

 Sərbəst güləş

61 kq
FİNAL: Mircəlal Həsənzadə (Abşeron) - Cəlal Süleymanov (FHN) 8:5
Bürünc: Vüsal Hüseynov (Abşeron) - Pərviz İbrahimov (Abşeron) 0:10
Bürünc: İntiqam Vəliyev (Neftçi İK) - Elçin Vəliyev (Lokomotiv) 1:7

 

70 kq
FİNAL: Murtuz Müslümov (Atasport) - Məhəmməd Müslümov (Atasport) 11:4
Bürünc: Rakif Məmmədov (Bərdə) - Pənah İlyaslı (Qazax) 0:5
Bürünc: Elvin Alıyev (Yevlax) - Gitinomaqomed Hacıyev (Atasport) 0:10

 

79 kq
FİNAL: Cəbrayıl Həsənov (Sərhədçi, Zenit) - Murad Süleymanov (Gəncə) 10:0
Bürünc: Orxan Abbasov (Azəri İK) - Murad Xalıqov (9 UGİM) 7:0
Bürünc: Ravil Babazadə (Lənkəran) - Emin Nəcəfzadə (Sərhədçi, Olimpsport) 12:1

 

92 kq
FİNAL: Şərif Şərifov (Atasport) - Məhəmmədhacı Xatiyev (Atasport) +/-
Bürünc: Asxab Həmzətov (Azəri İK) - Hacı Əlicanov (Zaqatala) 3:4
Bürünc: Kənan Əliyev (Qazax) - Cavid Sadıqov (DİN İC) -/+

 

125 kq
FİNAL: Cəmaləddin Məhəmmədov (Atasport) - Adəm Cəlilov (Pəhləvan) 10:0
Bürünc: Mahir Əliyev (Zenit İC) - Hüseyn Hüseynov (Zenit İC) 6:0
Bürünc: Ramil Usubov (Olimpsport) - Şahin Firudinli (Neftçi İK) 4:2