"Halo minlərlə sürücünü təmin etməlidi": - Devid Lepuort
ESTAFET/ Formula 1-də bir çoxları 2018-ci ildən istifadə ediləcək ön müdafiə sistemi olan Haloya qarşıdı. Komanda rəhbərləri və aparıcı mühəndislərdən tutumuş pilotlaradək hər kəs bu sistemin bolidlərin xarici görünüşünü pozduğunu düşünür. Lakin bu, FIA-nın mövqeyinə təsir etmir.
Xatırladaq ki, Halo sistemi növbəti mövsümdən təkcə Formula 1-də deyil, həmçinin Formula 2 yarışlarında da tətbiq ediləcək.
Uzun illər məşhur "Prodrive" şirkətinin texniki direktoru olmuş, hazırda isə FIA-nın təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, təcrübəli britaniyalı mühəndis Devid Lepuort buna öz münasibətini bildirib. Onun fikrincə, Halonun yayılması sahəsində işləri davam etdirmək vacibdir ki, hamı belə sistemlərin verdiyi üstünlüklərə əmin olsun.
"Halonun Formula 1-də ortaya çıxması çox vacib addımdır. Nə qədər çox adam bu sistemi görsə və qəbul etsə, şübhəsi olanları inandırmaq bizə daha asan olacaq. Formula 1 Halonun tətbiq edilməsi üçün çox vacib sahədi, ancaq bu çempionatda cəmi 20 pilot çıxış edir. Biz isə müxtəlif siniflərdə yarışan minlərlə pilotun təhlükəsizliyini müvafiq sistemlə təmin etməliyik".