RİO-2016: MARİYA QIZILI SON SANİYƏLƏRDƏ VERDİ

ESTAFET/ Rioda bu gün qadın güləşçilərin mübarizəsi start götürüb. Bu yarışlarda 3 qadın güləşçi ilə təmsil olunuruq. Onlardan ikisi - Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) bu gün döşək üzərinə çıxır.

 

Mariya Stadnik ilk görüşündə Argentina təmsilçisi Patrisia Bermudez üzərində qələbə qazanmaq üçün çətinlik çəkməyib - görüşün bitməsinə 40 saniyə kifayət edib.

 

1/4 finalda da xal Polşa güləşçisi Nina Matkovskaya xal vermədən görüşü vaxtından tez bitirib - 10:0 və yarımfinala çıxıb. Burada isə Mariya bolqar güləşçi Elisa Yankovanı tuşe vəziyyətinə salaraq finala adlayıb.

 

Saat 23:00-dan etibarən başlayacaq final görüşlərində Mariyanın rəqibi yapon Eri Tosaka olub. Ötən ilin Dünya çempionatının finalında yaşananlar burada da təkrarlanıb. Belə ki, sona 3 saniyə qalanadək irəlidə olan Mariya, gözlənilmədən rəqibə 2 xal verdi və 2-3 hesablı məğlubiyyətə barışmalı oldu.   

 

58 kq çəki dərəcəsindəki güləşçimiz Yuliya Ratkeviçin ilk rəqibi son Dünya çempionu, ukraynalı Oksana Qerqel idi. Gərgin keçən mübarizənin sonunda 7-5 hesabı ilə qələbəni təmin edən tərəf Yuliya olub.

 

Yuliyanın 1/4 finaldakı rəqibi Kolumbiya təmsilçisi Cakelin Kastilio Renteria idi. Görüşə çox aktiv başlayan Yuliya tezliklə hesabı 7-0 edir. Sona yaxın kolumbiyalı güləşçi fəallaşaraq 3 xal qazansa da, yekunda Yuliya 7-3 hesablı qələbə ilə yarımfinala adlayan tərəf olur.

 

Yarımfinalda 3 qat Olimpiya, 10 qat Dünya çempionu yapon Kaori İço təmsilçimizə heç bir şans verməyib və görüşü 10-0 öz xeyrinə başa vurub.

 

Yuliya bürünc medal üçün tunisli Marva Amri ilə mübarizə aparıb və 3-6 hesabı ilə məğlub olaraq Rionu medalsız tərk etməli olub.