RİO-2016: İNNA BU DƏFƏ MEDALSIZ QALDI

ESTAFET/ Rioda avarçəkənlərin yarışı bu gün də davam edir. 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan təmsilçimiz İnna Osipenko-Radomskaya bu gün gücünü 500 metr məsafəyə yürüşdə sınayacaq. Dünən baş tutan təsnifat mərhələsini uğurla keçən İnna indi finalda növbəti medalını qazanmağı hədəfləyib.
Finalda təmsilçimiz Yu Zou (Çin), Liza Karrinqton (Yeni Zenlandiya), Emma Jorqenssen (Danimarka), Fransiska Veber (Almaniya), Marina Litvinçuk (Belarus), Danuta Kozak (Macarıstan) və Dalma Ruziciç Benedek (Serbiya) ilə mübarizə aparacaq.
