RİO-2016: DEMYANENKO GÜMÜŞƏ SAHİB OLDU

ESTAFET/  Bu gün Rioda digər avarçəkənimiz - kanoe sprint (canoe C1) yarışlarındakı təmsilçimiz Valentin Demyanenko mübarizəyə qoşulur. Karyerası ərzində dünya və avropa çempionatlarının, bir çox mötəbər reqataların müxtəlif əyarlı medallarının sahibi olan Valentin bu dəfə ilk Olimpiya medalı üçün avar çəkəcək. Təsnifat mərhələsində göstərdiyi nəticə bu hədəfin reallaşacağına ümidləri artırır. Bunun üçün sadəcə finalda psixoloji və fiziki durumun yerində olması kifayət edir.

 

Valentin finalda Qianq Li (Çin), Alfonso Benavides (İspaniya), Tomas Simart (Fransa), Zaza Nadiradze (Gürcüstan), İsak dos Santos (Braziliya), Andrey Kraytor (Rusiya) və Yuriy Çeban (Ukrayna) ilə mübarizə aparıb və 39.493 saniyəlik nəticə ilə Olimpiya gümüşünə sahib olub. 1-ci pilləni 39.279 saniyə göstəricisi ilə ukraynalı Yuri Çeban tutub. Üçlüyü Braziliya təmsilçisi İsak Keyruş Dos Santos qapayıb.