"Neftçi" Seqoviya ilə yollarını ayırdı

ESTAFET/ “Neftçi” hücumçusu Daniel Seqoviya ilə yollarını ayırıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib və “ağ-qaralar” hücumçuya gələcək karyerasında uğurlar arzulayıb.
